03:51 04 Dekabr 2016
Canlı yayım
Kamal Kılıçdaroğlu və Dövlət Baxçalı - CHP və MHP liderləri

Kılıçdaroğlu Baxçalıya: Birgə hökumət quraq, sən baş nazir ol

ilgazetesi
XƏBƏRLƏR
Qısa URL
9 0 0

Türkiyənin ana müxalifət partiyasının lideri milliyyətçi hərəkatçıların liderinə birgə koalisiya qurmaq təklifi verib.

BAKI, 19 iyul — Sputnik. Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu koalisiya qurmaqla bağlı rəsmi görüşlər başlamazdan əvvəl Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalıya birlikdə hökumət qurmağı təklif edib. 

Sputnik Türkiyənin "Hürriyət" qəzetinə istinadəb xəbər verir ki, Kalaçdaroğlu Baxçalıya "Birlikdə hökuməti quraq, baş nazir sən ol" — deyə təklif edib. 

MHP-nin Xalqların Demokratik Partiyasına (HDP) qarşı tutduğu sərt mövqeyi necə yumşalda biləcəyi barədə sualına isə CHP liderinin cavabı belə olub: “Türkiyənin bir  dünya  problemi var. Bu problemlər həll olunmalıdır. Siyasət sənəti də həll yollarını tapmaq sənətidir".

Kılıçdaroğlu, CHP, MHP və HDP-nin seçkilər zamanı ortaya atdığı layihələrin, paltforma və vədlərin üst-üstə düşdüyünü bildirib. O, qeyd edib ki, bu partiyaların platformalarındakı ortaq nöqtələrdən yola çıxaraq Türkiyənin problemlərinin həlli üçün birgə addımlar ata bilərlər. 

 

Əsas mövzular