03:47 04 Dekabr 2016
Canlı yayım
Aşot Hovakimyan - Ermənistan XİN müavini

Hovakimyan: Torpaqları ancaq qarşılıqlı güzəştlə qaytara bilərik

artsakhpress
XƏBƏRLƏR
Qısa URL
3110

Çexiyalı parlamentari Ermənistan rəsmilərindən işğalçılıq siyasətinə niyə görə son qoymaması və Qarabağ münaqişəsinin həllində konsturktiv mövqe tutmaması ilə bağlı məsələ qaldırıb.

BAKI, 19 iyun-Sputnik. Dağlıq Qarabağ münaqişəsi tərəflərin qarşılıqlı güzəşti nəticəsində mümkün ola bilər.

Sputnik erməni mətbuatına istinadən xəbər verir ki, belə bir bəyanatla Ermənistan xarici işlər nazirinin müavini Aşot Hovakimyan bu gün NATO-nun İrəvanda öz işinə  başlayan «Rose Roth» seminarının açılışında deyib.

NATO İrəvanda keçrilən seminarında çexiyalı parlamentari Ermənistan rəsmilərindən işğalçılıq siyasətinə niyə görə son qoymaması və  Qarabağ  münaqişəsinin həllində konsturktiv mövqe tutmaması ilə bağlı məsələ qaldırıb. Çexiyalı parlamentari deyib ki, zaman Ermənistanın ziyanına işləyir və işğal etdiyi topraqları geri qaytarmağa hazırdırmı?. 

Buna cavab olaraq Hovakimyan deyib ki, biz hazırda  münaqişənin tənzimlənməsi istiqamətində çalışırıq: “Torpaqların geri qaytarılmasına gəldikdə isə bu ancaq qarşılıqlı güzəşt əsasında mümkün ola bilər.”

Əsas mövzular