09:56 08 Dekabr 2016
Canlı yayım
Bakıda tıxac

Bakıda mərkəzi yollar bağlanır

sputnik.az
XƏBƏRLƏR
Qısa URL
61 0 0

Bakıda mərkəzi yollar bağlanmasinın dəqiq vaxtı müəyyən oldu.

BAKI, 19 iyun – Sputnik. Bakı 2015 Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında keçiriləcək velosiped yarışı ilə əlaqədar olaraq, 19-21 iyunda Bakının bəzi mərkəzi yollarında nəqliyyatın hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Bu barədə Sputnik Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.

Məlumata əsasən, aşağıdakı küçə və prospektlər cümə günü saat 13:00-dan 17:00-dək bağlanacaq:

20 iyun — 05.30 – 21.00

21 iyun — 03.30 – 21.00

— Üzeyir Hacıbəyli küçəsi

— Bül-Bül prospekti

— Rixard Zorge küçəsi

— Rəşid Behbudov küçəsi

— Neftçilər prospekti

— Zərifə Əliyeva küçəsi

— Əziz Əliyev küçəsi

— İstiqlaliyyət prospekti

— Lermontov küçəsi

— Teymur Elçin küçəsi

— Mehdi Hüseyn küçəsi

— Parlament prospekti

— Landau küçəsi

— Bakıxanov küçəsi

— Səməd Vurğun küçəsi

— Şəmsi Bədəlbəyli küçəsi

— İnşaatçılar prospekti

— Hüseyn Cavid prospekti

Bakıda başlayan I Avropa Oyunları iyunun 12-də iyunun 28-dək davam edəcək.

Ümumilikdə, Bakıda keçiriləcək yarışda 20 növ üzrə mübarizə aparacaqlar: 16 Olimpiya və 4 qeyri-olimpiya idman növü üzrə. Yarışın 17 günü ərzində 6 min idmançı öz ölkəsini təmsil edəcək.

Bakı 2012-ci ildə Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən Avropa Oyunlarını keçirmək şərəfinə layiq görülüb.

Əsas mövzular