21:25 09 Dekabr 2016
Canlı yayım
AŞPA

Millət vəkili: AŞPA-da müzakirələrə ciddi hazırlaşmışıq

assembly.coe.int
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Rövşən Rzayev: Avropa bu müzakirələrlə Azərbaycana təzyiq edib yolundan döndərməyə çalışır, biz isə ciddi hazırlaşıb Azərbaycana qarşı səsləndirləcək istənilən qərəzli və qeyri-obyektiv fikirləri cavabsız buraxmayacayıq.

BAKI, 19 iyun — Sputnik. Azərbaycanlı parlamentarilər AŞPA-nın yay sessiyasında  "Azərbaycanda demokratik təsisatların faəaliyyəti" adlı müzakirələrdə  opponentlərə adekvat reaksiya verməyə və onların  ölkəmizlə bağlı mövqelərinin qeyri-obyektivliyini sübut etməyə hazırdır.

Bunu Sputnik-ə açıqlamasında  Azərbaycanın AŞPA-kı nümayəndə heyətinin üzvü, milət vəkili Rövşən Rzayev deyib.

"Bu müzakirələrin bir səbəbi var, o da Avropanın Azərbaycana olan qərəzidir. Avropa bu yolla Azərbaycana təzyiq edib, tutduğu mövqedən və yoldan döndərməyə çalışır. Bu baxımdan da biz nümayəndə heyəti olaraq sessiyaya ciddi hazırlaşmışıq və Azərbaycana qarşı səsləndirləcək istənilən qərəzli, qeyri-obyektiv və ədalətsiz fikirlər cavabsız buraxılmayacaq. Ortaya mövqe qoyulacaq və Azərbaycan əleyhinə səslənən fikirlərə cavab veriləcək", — deyə Rzayev vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan demokratik, hüquqi, sivil ölkə olduğundan  Avropadan çəkinəcəyi yoxdur: "Azərbaycanda insan haqları yüksək səviyyədə qorunur və bütün azadlıqıar mövcuddur. Hətta Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ölkədə insan haqlarının müdafiəsi işinin daha effektli şəkildə təmin olunması məqsədilə 2011-ci ildə Milli Fəaliyyət Planı imzalanıb. Və bu plana uyğun olaraq ölkədə insan haqları yüksək səviyyədə təmin olunur. Ona görə də AŞPA-da təqdim olunacaq hesabatdakı bəzi məqamlar bizi qane etmir və bunlara adekvat reaksiya veriləcək."

Rzayev hesab edir ki, bu müzakirələr zamanı əksinə Azərbaycana qarşı haqsız mövqe nümayiş etdirən şəxslərin qərəzli olduqları sübut ediləcək.

Azərbaycan nümayəndə heyəti  AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 21-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

Nümayəndə heyətinin tərkibinə  Səməd Seyidov, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Sahibə Qafarova, Qənirə Paşayeva, Sevinc Fətəliyeva və Elxan Süleymanov daxildirlər.

Tədbirdə AŞPA-nın Daimi Komitəsi və Büronun fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, Azərbaycanda demokratiya institutlarının fəaliyyəti,  Türkiyədə son parlament seçkilərinin nəticələri, Macarıstandakı son durum, Mərakeş parlamenti ilə münasibətlər, Ukraynada münaqişə zamanı itkin düşmüş şəxslərin taleyi, media etikası və bu sahədə şəffaflığın artırılması, Rusiya Federasiyası nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, sessiya çərçivəsində iyunun 23-də  Monitorinq Komitəsi məruzəçilərinin "Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında" hesabatı da olacaq.

Azərbaycanla bağlı hesabatda Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsi, ölkədə məhkəmə sisteminin vəziyyəti, noyabrda keçiriləcək parlament seçkiləri fonunda seçkilər problemi qiymətləndirilir.

Sənəddə qeyd edilir ki, Venesiya Komissiyasının seçki qanunvericiliyində islahatlarla bağlı əvvəlki tövsiyələrinə ölkə hakimiyyəti məhəl qoymayıb.

Məruzə müəllifləri ölkədə ifadə və toplaşmaq azadlığı hüquqlarına riayət olunmaması, məhkəmə sisteminin icra hakimiyyətindən asılılığı faktlarını qeyd edirlər.

Əlaqədar

AŞPA-da Azərbaycanda demokratiyanın vəziyyəti müzakirə olunacaq
Millət vəkili AŞPA-nın konfransında iştirak etmək üçün Parisə gedib
Teqlər:
AŞPA, Müzakirə, Azərbaycan, AŞPA, Rövşən Rzayev, Fransa

Əsas mövzular