10:47 03 Dekabr 2016
Canlı yayım
Наводнение в Грузии

Daşqın nəticəsində Tiflisdə 457 nəfər zərər çəkib

© Sputnik-georgia.ru
XƏBƏRLƏR
Qısa URL
12 0 0

Son məlumatlara görə, 19 nəfər ölüb, 3 nəfər isə itkin hesab olunur.

BAKI, 19 iyun – Sputnik. Tiflisdə baş verən daşqın zamanı 457 nəfər zərər çəkib, onlardan 119-u uşaqdır. 

“Sputnik Georgia”nın məlumatına görə, bu barədə Milli təhlükəsizlik və böhranların idarə olunması şurası xəbər verir: «Səhiyyə nazirliyinin məlumatına görə, təbii fəlakət zamanı 106 ailə, cəmi 457 nəfər zərər çəkib. Onlardan 119-u uşaq, 56-sı yaşlı adam və 5 nəfəri hamilə qadın olub. Bu məlumatların əsasında zərərçəkənlərə şəxsi tələbatlarına görə yardım olacaq».

Güclü daşqın nəticəsində Tiflisdə iyunun 13-dən 14-nə keçən gecə Vere çayı dərəsindəki zoopark, “Mziuri” parkı, Tamaz Elizbaraşvilinin itlər üçün özəl sığınacağı, yaşayış evləri, şəhərin mərkəzi küçələri su altında qalıb, infrastruktur dağılıb.

Son məlumatlara görə, hadisə nəticəsində 19 nəfər ölüb, 3 nəfər isə itkin hesab olunur.

Əsas mövzular