17:41 03 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Fransa səfirliyi viza istəyənlərə 10 günü gözləməyi tövsiyə edib

XƏBƏRLƏR
Qısa URL
11 0 0

Konsulluğun işçi heyəti, peşəkar yaxud istirahət səfəri planlaşdıran Azərbaycan vətəndaşlarına, səfərin hazırlanması zamanı, bu məlumatda qeyd olunan müddətləri nəzərə almağı tövsiyyə edir.

BAKI, 18 iyun — Sputnik. Yay fəsli ilə əlaqədar Fransa Səfirliyinin Konsulluq Şöbəsinə ünvanlanan viza müraciətləri əhəmiyyətli sayda artıb. Bununla bağlı Azərbaycan vətəndaşları viza müraciətlərini səfər tarixindən zəruri müddət öncə təqdim etməyə dəvət olunurlar.

Fransanın Azərbaycandakı səfirliyindən Sputnik-ə daxil olan məlumata görə, viza müraciətinin təqdim edilməsi üçün TLS agentliyi tərəfindən müəyyən edilən görüş üçün gözləmə vaxtı 10 iş günüdür.

Təqdim olunmuş viza müraciətinin Konsulluq tərəfindən baxılması üçün isə 3 iş günü tələb olunur. Konsulluğun işçi heyəti, peşəkar yaxud istirahət səfəri planlaşdıran Azərbaycan vətəndaşlarına, səfərin hazırlanması zamanı, bu məlumatda qeyd olunan müddətləri nəzərə almağı tövsiyyə edir.

 

Əsas mövzular