22:02 02 Dekabr 2016
Canlı yayım
Ədliyyə nazirliyi

Ədliyyə Nazirliyi dövlət qeydiyyatı qaydalarına dəyişiklik edib

sputnik.az/Pəri Abbaslı
XƏBƏRLƏR
Qısa URL
29 0 0

Ədliyyə Nazirliyinin Kollegiyası “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”na dəyişiklik edilməsi barədə qərar verib.

BAKI, 18 iyun — Sputnik. Ədliyyə Nazirliyinin Kollegiyası “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”na dəyişiklik edilməsi barədə qərar verib.

Sputnik APA-ya istinadən xəbər verir ki, bu qərarla qeyri-hökumət təşkilatı (QHT) və xarici dövlətlərin QHT-lərinin nümayəndəliyinin və ya filialının fəaliyyətinin bərpa edilməsi qaydası müəyyənləşib.

QHT və xarici dövlətlərin QHT-lərinin nümayəndəliyinin və ya filialının fəaliyyəti bərpa edildikdə bu barədə məlumatın qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edilməsi üçün 3 gün ərzində Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilməlidir. Ərizədə qurumun fəaliyyətinin bərpa edildiyi tarix, fəaliyyətin bərpa edilməsi barədə qərarı qəbul etmiş orqan göstərilməlidir. Ərizəyə qurumun fəaliyyətinin bərpa edilməsi barədə qərar (vaxtından əvvəl bərpa edildiyi halda qərarda bunun səbəbi göstərilməlidir), qurumun fəaliyyətinin bərpa edilməsi barədə  Vergilər Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun məlumatlandırılmasını təsdiq edən sənəd əlavə edilməlidir. Bu sənədlər daxil olduqda Ədliyyə Nazirliyi 3 gün ərzində qurumun fəaliyyətinin bərpa edilməsi barədə məlumatı qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrinə daxil edir.

Əsas mövzular