23:49 06 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Oqtay Əsədov Süleyman Dəmirəlin dəfnində iştirak edəcək

XƏBƏRLƏR
Qısa URL
5 0 0

Səfər çərçivəsində parlament sədrinin Türkiyə rəsmiləri və mərasimdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir.

BAKI, 18 iyun — Sputnik. Milli Məclisin sədri Oqtay Əsədov Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin dəfn mərasimində iştirak etmək üçün iyunun 18-də Ankaraya səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə verilən xəbərə görə, səfər çərçivəsində parlament sədrinin Türkiyə rəsmiləri və  mərasimdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir. 

Tədbirlərdə Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də iştirak edəcəklər. 

Səfər iyunun 19-da başa çatacaq.

Əsas mövzular