12:00 11 Dekabr 2016
Canlı yayım
ABŞ prezidenti Barak Obama

Barak Obama ABŞ-da yaşayan bütün müsəlmanları Evə iftara dəvət edib

© Flickr/ Luke Sharrett
XƏBƏRLƏR
Qısa URL
19 0 0

ABŞ prezidenti: Bu müqəddəs ayda yer üzündə yaşayan müsəlmanlar, müharibələrdən, yoxsulluqdan əziyyət çəkənlərə yardım əlini uzadırlar.

BAKI, 18 iyun – Sputnik. Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Ramazan ayının gəlişi münasibətilə mesaj yayıb. 

“Mişel və mən ABŞ və dünyada oruc ibadətlərini yerinə yetirən bütün müsəlmanlara ən xoş arzularımızı çatdırırıq” — deyə Obama bildirib.

Ramazanın ailələri və fərqli cəmiyyətləri bir araya gətirdiyini deyən prezident Obama, iftar süfrələrini İslam mədəniyyətinin ən gözəl örnəklərindən sayıb.

“Ramazan imanı gücləndirmə, mərhəmət, bağışlama və çətinliklərə səbr etmə ayıdır. Bu müqəddəs ayda yer üzündə yaşayan müsəlmanlar, müharibələrdən, yoxsulluqdan əziyyət çəkənlərə yardım əlini uzadırlar. Mən bütün amerikalı müsəlmanları Ağ Evdə keçirilən ənənəvi iftar yeməyinə səbrsizliklə gözləyirəm” — deyə Ağ Ev rəhbəri əlavə edib.


Əsas mövzular