22:00 02 Dekabr 2016
Canlı yayım
Millət vəkili Sevinc Fətəliyeva

BMT-də uşaqlara qarşı zorakılıq müzakirə edilir

sputnik.az
XƏBƏRLƏR
Qısa URL
14 0 0

Azərbaycanlı parlamentari Sevinc Fətəliyeva son beş ildə uşaq hüquqları sahəsində görülən işlər barədə məruzə edib.

BAKI, 18 iyun-Sputnik. Azərbaycanlı deputat Avropa Şurasının (AŞ) baş məruzəçisi kimi BMT və AŞ-ın uşaqların hüquqlarına həsr olunmuş beynəlxalq konfransında məruzə ilə çıxış edib. 

Bu barədə Sputnik-ə açıqlamasında millət vəkili Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, BMT Baş katibi  və AŞ-ın təşəbbüsü ilə uşaq konvensiyası, uşaqların cinsi zorakılığa məruz qalması və bu problemlərin həlli yollarına həsr olunmuş beynəlxalq konfrans keçirilir. “Mən bu konfransda Azərbaycan deyil, Avropa Şurasının uşaq hüquqları ilə bağlı baş məruzəçisi qismində iştirak edirəm və artıq məruzə ilə çıxış etmişəm. Məruzəm AŞ-ın son beş ildə uşaq hüquqları sahəsində gördüyü işləri əhatə edib və toplantı iştirakçılarını bu barədə məlumatlandırmışam. Bildirdim ki, təmsil etdiyim təşkilat  uşaqların hüquqlarının müdafiəsi və onların zorakılığa məruz qalması istiqamətində çeşidli tədbirlər planı həyata keçirməkdədir. AŞPA-da uşaqların cinsi, ailə-məişət zorakılığına məruz qalması, psixoloji təzyiqlər və travmalar adı altında çoxsaylı tədbirlər keçirilib. Bu tədbirlərdə geniş müzakirələr aparılaraq çıxış yolları aranıb. Bundan əlavə, AŞ “beş uşaqdan biri” kampaniyasını aktiv formada həyata keçirməkdədir və uşaqların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işləri aparmaqdadır.”

Fətəliyeva bildirib ki, onun AŞ-da təmsil olunduğu Sosial məsələlər, davamlı inkişaf və sağlamlıq  komitəsi 18 noyabrı uşaqların hüquqlarının müdafiə gününün elan olunması təşəbbüsü ilə çıxış edib. “Bu təklif hələ ki, rəsmi qərar kimi təsdiqlənməyib, ancaq təsdiqlənəcək.”

Azərbaycanlı parlamentari onu da əlavə edib ki, bu gün BMT Baş katibinin təşkilatşılığı ilə uşaqların zorakılığa məruz qalması ilə bağlı növbəti  ikigünlük konfrans düzənlənəcək. Orada da AŞ-nin məruzəçisi kimi çıxış edəcək. Məruzəsində isə yenə də AŞ-nin bu sahədə gördüyü işlər, problemlər, qarşıda duran vəzifələr və onun həlli yolları barədə öz təkliflərini təqdim edəcək.

 

Əsas mövzular