10:43 03 Dekabr 2016
Canlı yayım
Наводнение в Тбилиси

İrəvanda da Tiflisdəki daşqından ola bilər

© Sputnik-georgia.ru
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Karine Danielyan: Qetar çayı üzərində çox saylı restoranların, su dəryaçasının tikilməsi, yolların salınması İrəvanda daşqınları qaçılmaz edir.

BAKI, 18 iyun-Sputnik. Ermənilər İrəvanın da Tiflis kimi daşqınlar altından qalacağından narahatdırlar.

Sputnik erməni mətbuatına istinadən xəbər verir ki, son günlərdə Tiflisdə çay daşqınları nəticəsində şəhərin su altında qalması və təsərrüfatına vurduğu ziyan erməniləri ciddi təşvişə salıb. Onlar da belə bir analoji hadisə ilə üz-üzə qalacaqlarından ehtiyatlanırlar. İrəvan əhalisi hesab edir ki, şəhərdə belə bir təhlükə realdır və günün birində şəhər çay daşqınlarının altında qalacaq. 

Erməni ekoloq Karine Danielyan hesab edir ki, Qetar çayının məcrasının qarşısının alınması İrəvan şəhərinin  çay daşqınları alıtnda qalmasına təhlükə yaradan əsas amillərdəndir. Bu çay şəhərə real təhlükə yaradır. 

Danielyanın fikrincə, buna səbəb Qetar çayı üzərində çoxsaylı restoranların, su dəryaçasının tikilməsi, yolların salınmasıdır. “Orada o qədər tikinti işi aparılıb, infrastruktur layihələri reallaşdırılıb ki, hətta zəif yağış yağan zaman yolları su basır və keçmək belə mümkün olmur. Ona görə də İrəvanı su basması riski böyükdür. Nəzərə alsaq ki, yaz və payız aylarında güclü leysanlar yağır, o zaman bu təhlükənin nə qədər real olduğunu göz önünə gətirmək olar.” — deyə erməni ekoloq bildirib.

 

 

Əsas mövzular