09:56 08 Dekabr 2016
Canlı yayım
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov

Novruz Məmmədov Britaniya səfirinin hərəkətinə təəssüflənib

apa.az
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini: Görünür, Birləşmiş Krallığın səfiri hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər.

Britaniyanın səfiri hesab edir ki, Azərbaycanla bağlı nə istəsə  edə bilər

BAKI, 18 iyun-Sputnik. Böyük Britaniyanın səfiri hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər.

Sputnik xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

Məmmədov deyib ki, dünən mətbuatda heç bir çərçivəyə sığmayan bir informasiyaya rast gəlib. Birləşmiş Krallığın Azərbaycandakı səfiri Britaniya jurnalistlərinin akkreditasiya almamalarını biabırçılıq adlandırıb. 

“Görünür, Birləşmiş Krallığın səfiri hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər. Təəssüf” — deyə Məmmədov qeyd edib.

 

Əsas mövzular