17:40 03 Dekabr 2016
Canlı yayım
Турция выборы

Danimarkada parlament seçkiləri keçirilir

© Hurriyet.com.tr
XƏBƏRLƏR
Qısa URL
5 0 0

Danimarka parlamenti 179 deputatdan ibarətdir.

BAKI, 18 iyun — Sputnik. Bu gün Danimarkada ölkə parlamentinə — Folketinqə seçkilər keçirilir.

Seçkilərdə müxtəlif siyasi partiyaların nümayəndələri ilə yanaşı, müstəqil namizədlər də iştirak edirlər. Danimarka parlamenti 179 deputatdan ibarətdir. Partiya yaxud partiya koalisiyası Folketinqdə çox yer alacağı halda yeni kabinet formalaşdırmalıdır.

Politoloqların fikrincə, seçkilərdə əsas mübarizə yerli mətbuatın “qırmızı” (sollar, sol mərkəzçilər və sosial-demokratlar) və “göy” (liberallar, mühafizəkarlar və millətçilər) adlandırdığı iki blok arasında aparılacaq.

“Qırmızı blok”a Danimarka Sosial-Demokrat Partiyası, Sosial-Liberal Partiyası, Sosialist Xalq Partiyaları və “Qırmızı-yaşıl” Alyansı daxildir. Bu blokun nümayəndələri hazırda ölkəni idarə edir və seçkilərdə dövlət sektorunun gələcək inkişafı uğrunda çıxış edirlər.

“Göy blok”a Liberal Partiya, Mühafizəkar Xalq Partiyası, Millətçi yönlü Xalq Partiyası daxildir. Onlar yoxsullar üçün vergiləri azaltmağı, işsizliyin səviyyəsini aşağı salmağı, immiqrasiya siyasətini möhkəmləndirməyi, cinayətkarlığa qarşı mübarizə aparmağı, habelə səhiyyəyə ayrılan xərcləri artırmağı vəd verirlər.

Folketinqin səlahiyyət müddəti 4 ildir. Seçkilərin tarixini hökumətin başçısı müəyyən edir. Danimarkanın Baş naziri Helle Torninq Şmitt tərəfindən elan olunan indiki seçkilər növbədənkənardır. Bu isə Danimarka üçün adi təcrübədir. Növbədənkənar seçkilərin keçirilməsi təkcə hökumət böhranı deyil, həm də siyasi konyunktur və Baş nazirin öz mövqeyini möhkəmlətməyə cəhd göstərməsi ilə əlaqədar olur.

1953-cü il Danimarka Konstitusiyasına əsasən Folketinqin səlahiyyətləri genişdir. Bu sıraya dövlətin xarici siyasəti, ölkənin silahlı qüvvələrinin formalaşdırılması, müharibənin elan edilməsi və sülhün bağlanması məsələləri daxildir. Parlament, həmçinin qanunlar qəbul edir və onların icrasını nəzarətdə saxlayır, dövlət büdcəsini təsdiqləyir, hökumətin fəaliyyətinə nəzarət edir. Folketinq hökumətə, onun ayrı-ayrı üzvlərinə etimadsızlıq rəyi də verə bilər.

Əsas mövzular