10:43 03 Dekabr 2016
Canlı yayım
Termometr - isti hava

Sabah Azərbaycanda havanın temperaturu 40 dərəcəyə yaxınlaşacaq

© AZƏRTAC.
XƏBƏRLƏR
Qısa URL
14 0 0

Baş hidroloq Asif Verdiyev ölkədəki temperaturun normaya yaxın olduğunu deyib.

BAKI, 18 iyun-Sputnik. Sabah Azərbaycanda havanın temperaturu 40 dərəcəyə yaxınlaşacaq.

Bu barədə məlumatı Sputnik-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev verib.

Onun sözlərinə görə,  iyunun 19-da Azərbaycanda günəşli, isti hava şəraiti müşahidə olunacaq.

Azərbaycanın rayonlarında iyunun 19-da hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Bakı və Abşeron yarmadasına gəldikdə isə baş hidroloq deyib ki,  iyunun 19-da bu ərazilərdə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 29-34 dərəcə olacaq.

Verdiyev onu da əlavə edib ki, mövcud temperatur iqlim normasına yaxındır.


Əsas mövzular