03:48 04 Dekabr 2016
Canlı yayım
Ceyms Uorlik

Avropa Məhkəməsinin qərarı Ermənistanda ciddi təlaş yaradıb

realtv.az
XƏBƏRLƏR
Qısa URL
12 0 0

Vəziyyəti ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik şərh etməli olub.

BAKI, 18 iyun-Spuntik. Avropa İnsan Haqları Məhkəməsinin (AİHM)  “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərar rəsmi İrəvanda ciddi təlaşa səbəb olub. Məhkəmə qərarının Ermənistanın Azərbaycan ərazisini işğal etməsi ilə bağlı hissəsi xüsusi narahatçılıq yaradıb. 

Sputnik-in məlumatına görə, vəziyyət o həddə çatıb ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) AİHM-nin qərarı ilə bağlı verdiyi bəyanatı ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik şərh etməli olub. 

Amerikalı diplomat Uorlik AİHM-nin və Azərbaycan XİN-in bəyanatını erməni mətbuatına şərh edərək deyib ki, bu qərar Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi üçün tərəflərin mövqeyinin dəyişməsinə təsir göstərmir: “Həmsədrlərə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində fəaliyyətini davam etdirmək həvalə olunub və tərəflərin mövqeyində hər hansı dəyişiklik yoxdur. AİHM-in qərarı ilə  tərəflərin mövqeyi dəyişmir.”

İyunun 16-da  AİHM-nın Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” şikayət ərizəsi üzrə qərar çıxarıb. Məhkəmə prosesinə AİHM sədri Din Şpilman sədirlik edib. Azərbaycandan Xanlar Hacıyev, Ermənistandan isə Alvina Gülümyanın da qatıldığı məhkəmədə 17 hakim iştirak edib.

Qərarda qeyd olunub ki, Azərbaycanın Laçın rayonunun bir qrup sakininin 1992-ci il mayın 17-də zorla evlərindən qovulduqlarını, onların mülkiyyətini ermənilərin ələ keçdiyi bildirərək, 2005-ci ildə AİHM-ə şikayət ərizəsi ilə müraciət ediblər. Onlara qarşı münasibətdə Avropa  İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələri davamlı olaraq pozulub.

Şikayətçilərin ərizəsi ilə bağlı məhkəmə Ermənistanın Dağlıq Qarabağ və ona bitişik ərazilərə effektiv nəzarət etdiyini və nəticədə Laçın rayonunun Ermənistanın yurisdiksiyası altında olduğunu təsdiq edib.

Strasburq məhkəməsi eyni zamanda  şikayətçilərə öz mülkiyyətlərinə sahib olma və ya kompensasiya almalarına icazə verməməyin haqlı olmadığını hesab edib. Qeyd edib ki, sülh danışıqlarının aparılması hökuməti heç də digər tədbirlər görməkdən azad etmir. AİHM şikayətçi və oxşar vəziyyətdə olan digər şəxslərin öz mülkiyyət və kompensasiyalarının bərpa edilməsi üçün bunun asan və əlçatılan iddia mexanizmlərin yaradılmasının vacib olduğunu bildirib.

Bundan başqa, AİHM öz qərarında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və Azərbaycanın digər ərazilərinin işğalı ilə bağlı çıxartdığı 4 Qətnaməsini, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi 1416 saylı Qətnaməsini, eləcə də Laçın rayonun Ermənistan tərəfindən işğal edilməsi ilə əlaqədar digər beynəlxalq təşkilatların hesabat və qeydlərini də nəzərə alaraq, Dağlıq Qarabağda baş verən insan hüquqları pozuntularına görə beynəlxalq hüquqi məsuliyyətin Ermənistan dövlətinin üzərinə düşdüyünü bildirib.

 


Əsas mövzular