23:17 09 Dekabr 2016
Canlı yayım
Kilsə

ABŞ-da 21 yaşlı gənc kilsədə biri senator olmaqla 9 nəfəri öldürüb

newskaz.ru
XƏBƏRLƏR
Qısa URL
2 0 0

Öldürülən senator Cənubi Karolinadan seçilən Klementa Pinknidir.

BAKI, 18 iyun — Sputnik. ABŞ-da, Cənubi Karolina ştatının Çarlston şəhərindəki Afrika metodist Yepiskop kilsəsinə daxil olan naməlum silahlı şəxs 9 nəfəri qətlə yetirib. Onlardan biri ABŞ Senatının üzvüdür.

Sputnik RİA Novosti-yə istinadən bildiri ki, öldürülən senator Cənubi Karolinadan seçilən Klementa Pinknidir.

Polis hadisəni törətməkdə şübhəli bilinən, əynində boz sviter və göy rəngli cins şalvar olan 21 yaşlı ağdərili şəxsi axtarır.  

Daha əvvəl bildirilmişdi ki, Çarlston polisi sözügedən kilsədə bomba axtarır və yaxınlıqdakı adamlar hadisə yerindən evakuasiya edilmişdi. Şəhər polisinin rəhbəri Qreqori Mallen mətbuat konfransında deyib ki, hadisə yerindən partlayıcı qurğu tapmayıblar. Amma Mallen vətəndaşları xəbərdar edib ki, 21 yaşlı silahlı ağ dərili şəxs hələ də təhlükəlidir. Onun qətli nə məqsədlə törətdiyi məlum deyil.    

Əsas mövzular