17:38 03 Dekabr 2016
Canlı yayım
Süleyman Demirel (solda) və Ərdal İnönü

Bakıda Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar xatirə dəftəri açılıb

XƏBƏRLƏR
Qısa URL
13 0 0

Dünən Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl vəfat edib.

BAKI, 18 iyun — Sputnik. Bakıda Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar xatirə dəftəri açılıb.

Bu barədə eksklüziv olaraq Sputnikin müxbiri Mürtəza Bünyadlıya Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Səfirlikdən bildirildi ki, Dəmirəlin vəfatı ilə əlaqədar xatirə dəftəri iki gün olacaq. Xatirə dəftərinə başsağlığı yazmaq istəyənlər  bu gün və sabah səfirliyə baş vura biləcəklər. Xatirə dəftərinə başsağlığı yazmaq istəyənlər səhər saat 10.00-dan 12.00-dək və saat 14.00-dan 17.00-dək gələ bilərlər.

Dünən Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl vəfat edib. Dəmirəlin vəfatı ilə əlaqədar olaraq ölkədə üç günlük matəm elan edilib.

Əsas mövzular