23:53 06 Dekabr 2016
Canlı yayım
tqdk

İyunun 16-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

tqdk.gov.az
XƏBƏRLƏR
Qısa URL
8810

Komissiyanın mətbuat xidmətindən verilən xəbərə görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

BAKI, 18 iyun — Sputnik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 16-da Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.

Komissiyanın mətbuat xidmətindən verilən xəbərə görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

TQDK kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə onu çatdırır ki, ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 5 saylı "Abituriyent" jurnalında təqdim olunacaq.

V qrup üzrə müsabiqə şərtləri və digər vacib məlumatlar 2 saylı "Abituriyent" jurnalında dərc olunub.

Buraxılış imtahanında bir düzgün cavab 1 balla hesablanır.

Əlaqədar

İş yerini dəyişən müəllimlərin test imtahanı 16 iyunda keçiriləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Altı şimal rayonunda 10 min 908 şagird imtahan verəcək

Əsas mövzular