21:18 09 Dekabr 2016
Canlı yayım
Cənubi Qafqaz yay məktəbi

Erməni gənclər öz aqressivlikləri ilə almanları məyus ediblər

sputnik.az
XƏBƏRLƏR
Qısa URL
9810

Üç Cənubi Qafqaz respublikasından olan gənc siyasətçilərin yay məktəbinin bu dəfəki mövzusu “Siyasi partiyalar və danışıqlar ” olub.

BAKI, 17 iyun — Sputnik. Demokratik İslahatlar Partiyasinin Gənclər Təşkilatının fəalları  Almaniyanın Konrad Adenauer Fondunun Gürcüstanın Kaxeti əyalətində təşkli etdiyi gənc siyasətçilər üçün yay məktəbinə qatılıblar.  Məktəbin bu dəfəki mövzusu “Siyasi partiyalar və danışıqlar ” olub. 

İştirakçıların Sputnik-ə verdiyi məlumata görə, Cənubi Qafqazın hər 3 ölkəsinin qatıldığı yay məktəbində “Siyasi partiyalar və yerli siyasət”, “Siyasi layihələrin inkişafı”, “Demokratiya haqqında fikirlər və simulyasiya oyunlari”, “Yerli hökümət, parlament, koalisiya və seçkilər” barədə təlimlər keçirilib. İştirakçılar “Yerli hökümət, parlament, koalisiya və seçkilər” mövzusunda qrup tapşırıqlarını yerinə yetiriblər. Həmçinin, “Uğurlu demokratiya qaydaları “ ilə bağlı praktiki oyunlarda iştirak ediblər. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Yay məktəbində erməni komandasından olan bəzi iştirakçılar tapşırıqların icrası  zamanı saxtakarlıqlara yol veriblər. Belə ki, hər üç Cənubi Qafqaz respublikasının gənclərinə birgə siyasi koalisiyanın qurulması tapşırığı verilib. Tapşırığa əsasən hər ölkədən olan komanda uğurlu taktika quraraq digər iştirakçıları öz tərəflərinə çəkməliymiş.  Demokratik islahatçılar Yeni Azərbaycan Partiyasından olan  gənc siyasətçilərlə birlikdə uğurlu taktikalar quraraq digər iştirakçıları ələ ala biliblər. Uğurlu koalisiya qurmuş siyasi gənclik Azərbaycanın regionda ədalətli, tolerant və humanist bir ölkə olduğunu nümayiş etdirməyə çalışıb. 

Azərbaycanlıların uğurlu təqdimatları Ermənistandan olan gənc siyasətçiləri qıcıqlandırıb. Onlar faktları saxtalaşdırmağa cəhd edərək bildiriblər ki, Azərbaycan parlamentində qadınlara yer ayrılmayıb. Lakin onların diqqətinə çatdırılıb ki, Şərqdə qadınlara ilk seçim hüququnu Azərbaycan verib. Statistik baximdan indi Azərbaycan parlamentindəki qadın deputatların sayı Ermənistandakından çoxdur. 

Simulyasiya oyunları zamanı Azərbaycan və gürcüstanlı gənclər vahid mövqe, fəallıq nümayiş etdirsələr də, Ermənistandan olan gənclər demokratik düşüncə, siyasi savadlılıq və siyasi mədəniyyət nümayiş etdirə bilməyiblər. Erməni gənclik öz aqressivliyi və özünütəcridetmə taktikası ilə alman təşkilatçıları məyus ediblər.  

Təlimdən sonrakı asudə vaxtda azərbaycanlı gənclər gürcü və erməni həmkarlarını, alman təşkilatçıları və eləcə də turistləri ölkəmizdə keçirilən I Avropa Oyunlarının açılış mərasimini canlı yayımdan izləməyə dəvət ediblər. Qonaqlar açılış mərasimi barədə xoş təəssüratlarını bildiriblər. 

Novbəti təlimlərin qış aylarında Gürcüstan və Almaniyada keçiriləcəyi gözlənilir. Təlimlərdə Azərbaycanı DİP-in gənc fəallarından Elvira İsmayılova, Nurlan Rəhmanov, Nərmin Şamilova, YAP-ın gənc fəallarından Güllü Eldarzadə, Hülya Məmmədli və Əvəzağa Məlikov təmsil ediblər.


Teqlər:
Gürcüstan

Əsas mövzular