21:58 02 Dekabr 2016
Canlı yayım
Atın quyruğuna bağlanmış adam

Cəlilabadda 11 yaşlı qız dəhşətli şəkildə ölüb

ulu
XƏBƏRLƏR
Qısa URL
30 0 0

Atası qızına atın yüyənini tutmağı tapşırıb, ürkən at qaçmağa başlayıb və qolundan yüyəni aça bilməyən balaca Samirəni arxasınca sürüyüb.

BAKI, 17 iyun — Sputnik. Cəlilabad rayonunun Alar kəndində 11 yaşlı qızın ölümü ilə nəticələnən faciə baş verib. Sputnik APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 14-də qeydə alınıb.

Kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədhüseyn Hüseyn oğlu Quliyev atını qonşusu, 2004-cü il təvəllüdlü Samirə Teyyub qızı Əhmədovaya verərək yüyənindən tutmasını tapşırıb.

Qız isə atın yüyənini qoluna bağlayıb. Ürkən at qaçmağa başlayıb və qolundan ipi aça bilməyən qızı da arxasınca sürüyüb. Nəticədə Əhmədova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Daha əvvəl yerli mediada qızın atın quyruğuna bağlandığı barədə qeyri-dəqiq məlumat yayılmışdı. 

 

Əsas mövzular