11:55 11 Dekabr 2016
Canlı yayım
Tiflis daşqınları

Gürcüstan həlak olan xilasedicilərin ailələrinə 45 min dollar verəcək

sputnik.az
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Gürcüstanın baş naziri İrakli Qaribaşvili: Prezident Georgi Marqvelaşvilidən xilasediciləri, polisləri və könüllüləri xüsusi qəhrəmanlığa görə xüsusi dövlət ordeni ilə təltif etməyi xahiş edəcəm.

BAKI, 17 iyun – Sputnik. Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün bəyan edib ki, Tiflisdəki daşqınlar zamanı vəfat edən xilasedicilərin ailələrinə 45 min dollar veriləcək. 

Sputnik RİA Novostiyə istinadən xəbər verir ki, baş nazir Qaribaşvili prezident Georgi Marqvelaşvilidən  xilasediciləri, polisləri və könüllüləri xüsusi qəhrəmanlığa görə xüsusi dövlət ordeni ilə təltif etməyi xahiş edəcəyini bildirib.  Bununla yanaşı o, KİV nümayəndələrini də Tiflisdəki təbii fəkalətin nəticələrinin aradan qaldırılmasında qəhrəmanlıq göstərən şəxslərlə bağlı süjetlərlə, yazılarla tarix yazmağa çağırıb.  “Qoy gələcək nəsillər onların qəhrəmanlıqlarından xəbər tutsunlar.” – deyə Qaribaşvili bildirib. 

Böhranın idarə olunması Şurasının iclasında Qaribaşvili deyib ki, bu qəhrəmanların ailələrinə 100 min lari həcmində vəsait ödəniləcək və ailələr hər ay müavinət alacaqlar.  

İyunun 14-də Tiflisdə baş verən güclü külək, yağan yağış və dolu nəticəsində evlərə və infrastruktura güclü ziyan dəyib. Son məlumatlara görə 19 nəfər ölüb, itkin düşmüş 6 nəfər barədə heç bir məlumat yoxdur.  Hadisədən bir gün sonra Gürcüstan hakimiyyəti bildirib ki, ailə üzvünü itirən hər bir ailəyə 4,5 min dollar yardım alacaq. Digər zərərçəkənlərə də maddi yardım göstəriləcək. Ümumi hesabdan özəl şirkətlərə və sahibkarlıqla məşğul olan fiziki şəxslərə də kompensasiya ödəniləcək. 


Əsas mövzular