23:47 06 Dekabr 2016
Canlı yayım
Həkimlər

Bu gün tibb işçilərinin peşə bayramıdır

mosaica.ru
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə hər il 17 iyun ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunur.

BAKI, 17 iyun — Sputnik. Mərhum prezident Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə hər il 17 iyun ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunur.

Azərbaycan səhiyyəsində islahatların aparılması üçün son illərdə xeyli iş görülüb. Prezident İlham Əliyevin təşəbbüsüylə həm paytaxt Bakıda, həm də bölgələrdə müasir tibb mərkəzləri açılıb, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin edilib.

Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi diqqət mərkəzində saxlanılır. 

Ötən illərdə irsi qan xəstəlikləri başda olmaqla bir sıra xəstəliklərlə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr diqqət mərkəzində olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə reallaşdırılan bu proqramlar çərçivəsində talassemiyalı və hemofiliyalı xəstələrin problemləri həllini tapıb.

Səhiyyə müəssisələrinin inşası, əsaslı təmiri və yenidən qurulması istiqamətində xeyli iş görülüb. Bakıda və ölkənin digər regionlarında 500-dən çox tibb müəssisəsinin tikintisi və əsaslı təmiri aparılıb. Son illər ərzində Azərbaycan Tibb Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Ölkədə tibbi kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi məqsədilə universitetin tədris klinikaları yaradılıb. Respublikanın bir çox bölgələrində beynəlxalq standartlara cavab verən yeni müalicə-diaqnostika mərkəzləri inşa edilib. Bu diaqnostika mərkəzlərində ən unikal cərrahiyyə əməliyyatların aparılması üçün hər cür şərait yaradılıb.

Azərbaycan səhiyyəsinin Avropa məkanına inteqrasiya olunmasına ciddi səylər göstərilib. Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin maddi-texniki bazasının təkmilləşdirilməsi, yeni müasir növ sanitar avtomobillərlə təminatı istiqamətində də əhəmiyyətli işlər görülüb. Almaniyadan gətirilən “Mercedes” markalı təcili tibbi yardım avtomobilləri buna bariz nümunədir.

Səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi də dövlət başçısının diqqət mərkəzindədir. Son illərdə səhiyyə işçilərinin maaşında artım müşahidə edilib. 

Əsas mövzular