12:00 11 Dekabr 2016
Canlı yayım
Cənubi Koreya xəstəlik

Cənubi Koreyada MERS virusundan 20-ci adam ölüb

vk.com
XƏBƏRLƏR
Qısa URL
19 0 0

Görülən tədbirlərə baxmayaraq, son günlər Cənubi Koreyada bu xəstəliyə yoluxanların sayı 162 nəfərə çatıb.

BAKI, 17 iyun — Sputnik. Cənubi Koreyada bu gün MERS virusuna yoluxmuş 20-ci adam vəfat edib.

Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, görülən tədbirlərə baxmayaraq, son günlər bu xəstəliyə yoluxanların sayı 162 nəfərə çatıb.

Hazırda ölkədə xəstəliyə yoluxmuş şəxslərlə əlaqəsi olmuş 6 min nəfər karantin altındadır. 

Hazırda MERS-ə qarşı vaksin yoxdur. 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xəstəlik 35% hallarda ölümlə nəticələnir.

İlk dəfə virus Yaxın Şərqdə, Səudiyyə Ərəbistanında aşkarlanıb. Məhz ona görə xəstəliyin adı "Middle East respiratory syndrome"dur (MERS).

Səudiyyə Ərəbistanında 950 mindən artıq insan sözügedən virusa yoluxub. Yoluxmuşlardan 412 nəfər vəfat edib.

MERS xəstəliyi nəfəs orqanlarına soyuqdəyməsi formasında özünü büruzə verir.

 

Əsas mövzular