18:36 10 Dekabr 2016
Canlı yayım
BMW 3.0 CSL

Azərbaycan ölkəyə avtomobil idxalını iki dəfə azaldıb

wallwidehd.com
XƏBƏRLƏR
Qısa URL
18 0 0

Bu ilin yanvar-may aylarında Azərbaycana 15 495 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 081 avtomobil azdır.

BAKI, 17 iyun — Sputnik. Bu ilin yanvar-may aylarında Azərbaycana 15 495 ədəd avtomobil idxal olunub.

Sputnik xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15 081 avtomobil və 1,97 dəfə azdır.

Ölkəyə gətirilən avtomobillərin 497 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 13 912 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 952 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 134 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Əsas mövzular