10:00 08 Dekabr 2016
Canlı yayım
Экс-президент Турции Сулейман Демирель

Türkiyənin eks-prezidenti Süleyman Dəmirəl vəfat edib

© hurriyet.com.tr
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl 91 yaşında müalicə aldığı Ankara Güvən Xəstəxanasında dünyasını dəyişib.

BAKI, 17 iyun — Sputnik. İyunun 17-də, yerli vaxtla saat 02:05-də Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl 91 yaşında müalicə aldığı Ankara Güvən Xəstəxanasında dünyasını dəyişib.

Sputnik xəbər verir ki, bu barədə Güvən klinikasının yaydığı məlumatında bildirilib. Məlumatda deyilir: "Hörmətli 9-cu Cumhurbaşqanımız Süleyman Dəmirəl, 2015-ci il, mayın 13-də  ürək  çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası ilə xəstəxanamıza yerləşdirilib. Son günlər onun vəziyyəti ağırlaşıb, iyunun 16-da tənəffüs və ürək funksiyalarının kəskin pozulması müşahidə olunub. Bütün səylərimizə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Süleyman Dəmirələ Allahdan rəhmət, yaxınlarına və Türk Millətinə baş sağlığı diləyirik."

Teqlər:
Türkiyə

Əsas mövzular