18:41 10 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Atatürk hava limanına ildırım düşüb

XƏBƏRLƏR
Qısa URL
12 0 0

Hava limanının təyyarələri uçuşa hazırlayan iki işçisini ildırım vurub.

BAKI, 16 iyun — Sputnik. Bu gün axşam saatlarında yağan, göy gurultuları ilə müşayiət olunan leysan İstanbulu ağuşuna alıb.Yağış İstanbulun hava yollarını da iflis vəziyyətə salıb. Pilotlar Atatürk Hava limanı ətrafındaki elektrik yüklü buludlar tərəfindən çarpılmamaq üçün eniş edə bilməyiblər. Təyyarələr uzun müddət havada dövrə vurub. Bəzi təyyarələrsə başqa hava limanlarına yönləndirilib. Hava limanında park edən iki təyyarəni isə ildırım çarpıb. Bu vaxt həmin təyyarələrin altında işləyən iki nəfər də yaralanıb. 

Sputnik Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, təyyarələrin eniş zolağı dəyişdirilib, pilotlar və hava nəqliyyatını tənzimləyən nəzarətçilər gərgin işləyiblər. 

Atatürk Hava limanı sahəsində çalışan Çələbi yer xidmətlərinin əməkdaşları Kadir Fidançı və Əmrə Karadeniz Asiana Hava Yolları və Səudiyyə Ərəbistanı hava yollarına məxsus təyyarələri uçuşa hazırlayarkən, yaxınlığa ildırım düşüb. Asiana-nın təyyarəsinin altında olan və başına qulaqcıq taxmış ƏmrƏ Karadenizə ildırım dərhal toxunub. Hər iki 2 işçiyə təcili tibbi yardım göstərilib. Onların hazırda özlərini yaxşı hiss etdikləri bildirilir. 

İstanbul şəhər rəhbərliyi isə hava limanına gedən vətəndaşları ildırım çarpması ehtimalının ola biləcəyi barədə xəbərdar edib və onları ehtiyatlı olmağa, açıq havada çox dayanmamağa çağırıb. 

Əsas mövzular