10:46 03 Dekabr 2016
Canlı yayım
Dənizdə batan adam

Xilasedicilər Xəzərdə batmaqda olan 3 nəfəri xilas ediblər

fhn.gov.az
XƏBƏRLƏR
Qısa URL
9 0 0

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri Xəzər çimərliklərində batmaq təhlükəsi ilə üzləşən 3 nəfərin həyatını xilas ediblər.

BAKI, 14 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri bu gün ərzində Xəzər çimərliklərində batmaq təhlükəsi ilə üzləşən 3 nəfərin həyatını xilas ediblər. Sputnik FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakının  Abşeron rayonunda 1 nəfər dənizdə (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilib. Əməliyyat saat 16:45-də başa çatıb.

Digər hadisə isə Bakının Sabunçu rayonu ərazisində baş verib. Sabunçudakı xilasetmə məntəqəsinin ərazisində 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Onlar dalğıc-xilasedicilər tərəfindən xilas edilib. Bu əməliyyat saat 18:20-də başa çatıb.

Teqlər:
Fövqəladə Hallar Nazirliyi, Xəzər dənizi, Bakı

Əsas mövzular