21:20 09 Dekabr 2016
Canlı yayım
Devid Kemeron -Böyük Britaniyanın baş naziri

Britaniya baş naziri müsəlmanlara müraciət edib

infosmi.ru
XƏBƏRLƏR
Qısa URL
36 0 0

Devid Kemeron: Britaniyada yaşayan digər din qruplarına nisbətən müsəlmanlar daha çox xeyirxah işlərlə məşğuldurlar.

BAKI, 16 iyun — Sputnik. Böyük Britaniyanın baş naziri David Kemeron Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarına müraciət edib. Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində yerləşdirilən müraciətdə deyilir:

"Müqəddəs Ramazan ayının başlanması münasibətilə Britaniya müsəlmanlarına, eləcə də bütün dünya müsəlmanlarına ən xoş arzularımı çatdırıram. Dostlar və ailələr ibadət etmək və oruc tutmaq üçün bir araya toplaşan zaman müsəlman dəyərləri xatırlanır. Müsəlmanlar əsrlər boyu, I və II Dünya müharibələrində qəhrəmanlıqla vuruşublar, qəhrəmanlıq göstəriblər. Hazırda Britaniyada yaşayan digər din qruplarına nisbətən müsəlmanlar daha çox xeyirxah işlərlə məşğuldurlar. Britaniya müsəlmanları ölkədə demək olar ki, bütün sahələrdə təmsil olunurlar. Onlar biznes, səhiyyə, təhsil sahələrində, hətta rəhbərlik etdiyim Nazirlər Kabinetində də təmsil olunurlar”.

Əsas mövzular