14:29 07 Dekabr 2016
Canlı yayım
Талибы

Əfqan ordusu 14 Taliban üzvünü məhv edib

ohranka.com
XƏBƏRLƏR
Qısa URL
1 0 0

Öldürülənlər arasında özünü Bədəxşan əyalətinin başçısı elan etmiş Molla Amanuddin də var.

BAKI, 16 iyun – Sputnik. Əfqanıstan Hərbi Hava Qüvvələrinin ölkənin şimal-şərqinə endirdiyi aviazərbələr nəticəsində "Taliban" hərəkatının 14 silahlısı öldürülüb.

Sputnik Ria Novosti-yə istinadən xəbər verir ki, bu haqda Əfqanıstan polisi məlumat yayıb. Öldürülənlərdən 8-i xarici ölkə vətəndaşıdır. 

Bədəxşan əyalətinin Polis İdarəsinin təmsilçisi Məhəmməd Əhmədzay bildirib ki, hava zərbələri bölgənin Curm rayonunun Khol Dara-i-Xastak kəndinə endirilib. 

"Öldürülənlər arasında özünü Bədəxşan əyalətinin başçısı elan etmiş Molla Amanuddin də var." — deyə Əhmədzay bildirib.

Molla Amanuddin "Taliban" hərəkatının son 5 gündə öldürülən 3-cü "qubernator"udur. İyunun 14-də Kunar əyalətinin başçısı Ömər Zadran, ondan əvvəl isə Nanqarhar əyalətinin qubernatoru Mövləvi Mirəhməd Gül öldürülüb.

 

 

 

Əsas mövzular