21:58 02 Dekabr 2016
Canlı yayım
Barak Obama-Netanyahu

Obama Netanyahunu Vaşinqtona çağırıb

nsn.fm
XƏBƏRLƏR
Qısa URL
1 0 0

İyunun 30-da ABŞ-la İran arasında nüvə barədə saziş imzalanandan sonra Ağ Ev İsrailə izahat verəcək

BAKI, 16 iyun-Sputnik. ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Binyamin Netanyahunu İranın nüvə problemi ilə bağlı Ağ Evə dəvət edib.

Sputnik xəbər verir ki, bu barədə Dövlət Departamentindən məlumat verilib. Dövlət Departamentindəki mənbə bildirib ki, ABŞ prezidenti Barak Obama gələn ay İranla nüvə problemi ilə bağlı imzalanacaq sazişdən sonra İsrailin baş naziri Netanyahunu Vaşinqtona dəvət edib.

Netanyahunun mətbuat katibi isə məsələni şərh etməkdən boyun qaçırıb. Mənbə deyib ki, iyunun 30-da  Ağ Evlə İran arasında nüvə məsələsi ilə əlaqədar saziş imzalanacaq. Bundan sonra isə Obama Netanyahunu Ağ Evə dəvət edərək məsələni onunla müzakirə edəcək. 

Netanyahu İranla nüvə proqramı ətrafında aparılan danışıqların kəskin əleyhinə çıxanlardan olub.

 

 

Teqlər:
Barak Obama, ABŞ

Əsas mövzular