10:01 08 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Əhməd Davudoğlu Misirdəki edamla bağlı Avropanı hərəkətə çağırıb

XƏBƏRLƏR
Qısa URL
710

Misirdəki hərbi çevrilişə susan Avropa, bu dəfə öz dəyərləri ilə hərəkət etməli və Qahirədəki hərbi hökumətə tutarlı reaksiya göstərməlidir.

BAKI, 16 iyun – Sputnik. Türkiyənin baş naziri Əhməd Davudoğlu, partiyasının qrup toplantısında çıxış edib. Davudoğlu Misir məhkəməsinin verdiyi edam qərarlarını sərt tənqid edərək, Avropa Birliyindən bununla bağlı açıqlama gözlədiyini deyib. 

“Avropa imtahan ərəfəsindədir. Biz onların bu özbaşınalığa nə deyəcəklərini gözləyirik. 2013-cü ildə Misirdəki hərbi çevrilişə susan Avropa, bu dəfə öz dəyərləri ilə hərəkət etməli və Qahirədəki hərbi hökumətə tutarlı reaksiya göstərməlidir.” — deyə Davudoğlu bildirib. 

Baş nazir, iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə də toxunub.

“Ədalət və İnkişaf Partiyası bu seçkilərin mütləq qalibidir. Heç kim bu zəfərə kölgə sala bilməyəcək.” — deyə o, əlavə edib.


Teqlər:
AKP, Əhməd Davudoğlu, Türkiyə

Əsas mövzular