23:48 06 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

İran səfiri: Avropa Oyunlarının uğurlu keçməsi üçün dua edirik

XƏBƏRLƏR
Qısa URL
10 0 0

Möhsün Pak Ayin: Düşünürəm ki, Avropa xalqları Azərbaycanın çəkdiyi bu zəhmətə görə ölkəyə təşəkkür edirlər.

BAKI, 16 iyun — Sputnik. I Avropa Oyunlarının Bakıda keçirilməsinə, açılış mərasiminin çox möhtəşəm təşkilinə, oyunların uğurla davam etməsinə görə çox şadıq. Sputnik-in məlumatına görə bu barədə açıqlamanı APA-ya İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin verib.

Səfir bildirib ki, idman dünya xalqlarının biri-birinə yaxınlaşmasına səbəb olan mədəni hadisədir.

“Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Avropa xalqları ilə Azərbaycanın əlaqələrinin daha da genişlənməsinə səbəb olacaq. Digər tərəfdən bu oyunlar idmanın inkişafına dəstək olacaq. Düşünürəm ki, Avropa xalqları Azərbaycanın çəkdiyi bu zəhmətə görə ölkəyə təşəkkür edirlər. Bəzi Avropa ölkələri bu mədəni hadisəyə mənfi don geyindirməyə çalışdılar. Onlar insan hüquqlarından siyasi məqsədlə istifadə etdilər. Biz regionun bir çox ölkələrində insan hüquqlarının pozulduğunu müşahidə etdiyimiz halda  Avropa ölkələri bu haqda heç nə danışmır. Bu gün Yəməndə qadınlar, qocalar, uşaqlar öldürülür. Ancaq Avropa heç nə danışmır, susur. Onlar elə mövqe ortaya qoyurlar ki, sanki Yəmən xalqı bəşər övladı deyil. Məsələn Yəməndə onlarla jurnalist öldürülüb, media mərkəzləri dağıdılıb, Avropa təşkilatları bu haqda heç nə danışmırlar. Sanki heç nə olmayıb. Lakin Bakıda şübhəli işlərlə məşğul olan bir xəbər agentliyinin ofisi bağlananda onlar etiraz səslərini ucaldırlar. Təəssüflər olsun ki, Qərb ölkələri bu məsələdən sui-istifadə edirlər”.

Səfir bildirib ki, ölkəsi Azərbaycanda keçirilən I Avropa Oyunlarına öz dəstəyinə göstərib: “İran prezidentinin şəxsi nümayəndəsi olaraq idman və gənclər naziri Avropa Oyunlarının açılış mərasimində iştirak edib. Bu oyunların müvəffəqiyyətli keçməsi üçün dua edirik”.

Teqlər:
İran

Əsas mövzular