14:17 04 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

Arda Turan "Milan"a transfer olunacaq

XƏBƏRLƏR
Qısa URL
16 0 0

Artıq klubun türk futbolçu ilə transfer danışıqlarına başladığı bildirilir.

BAKI, 16 iyun – Sputnik. İtalyanın məşhur Corriere della Sport qəzeti, "Atletiko" Madrid klubunun türk futbolçusu Arda Turanın Milana transfer ola biləcəyini yazıb.

Qəzet "Milan"a yeni təyin olunacaq baş məşqçi Sinişa Mixayloviçin Ardanı heyətdə görmək istədiyini xəbər verib. Artıq klubun türk futbolçu ilə transfer danışıqlarına başladığı bildirilir.  

İspaniyanın AS qəzeti ortaya atılan iddianı doğrulayıb. Arda Turanın meneceri Əhməd Bulud ilə görüşdüyü və transferin ən qısa zamanda reallaşmasını istədiyi ifadə edilib. 

Xəbərdə, "Atletiko" Madridin "Villarreal"dan transfer edəcəyi 21 yaşındakı argentinalı hücumçu Luciano Dario Viettonun komandada yeni bir rəqabət yaradacağı və Ardanın klubdan ayrılma ehtimalının gücləndiyi şərh edilib.


Əsas mövzular