06:16 11 Dekabr 2016
Canlı yayım
Məhəmməd Mursi

Misir məhkəməsi Məhəmməd Mursiyə ömürlük həbs cəzası verdi

kxcdn.com
XƏBƏRLƏR
Qısa URL
18 0 0

Bu gün Misir məhkəməsi eks-prezident Məhəmməd Mursi barəsində son qərarını verib.

BAKI, 16 iyun – Sputnik. Bu gün Misir məhkəməsi eks-prezident Məhəmməd Mursi barəsində son qərarını verib. 

Məhkəmə Mursini ömürlük həbsə məhkum edib. 

Prezidentlə yanaşı 121 nəfər Müsəlman Qardaşları təşkilatı üzvü də edam hökmü ilə mühakimə olunurdu. 

Hərəkatın ən fəallarından sayılan Məhəmməd Biltaci isə edamla cəzalandırılıb. 

Biltacinin qızı 14 avqust 2013-cü ildə hərbi çevrilişə etiraz edilən nümayişdə öldürülmüşdü. 

Bəzi siyasi ekspertlər, Mursinin edam qərarının ləğvini, onun xalq arasında kifayət qədər sevilməsi ilə əlaqələndiriblər. Bu səbəblə hökumət ölkədə yarana biləcək hər hansı xaosun qarşısını almaq üçün bu cür addım atmağa məcbur olub.

Əsas mövzular