11:56 11 Dekabr 2016
Canlı yayım
İsgəndər raketləri

ABŞ-ın Rusiya ilə sərhədə əsgər göndərməsinin səbəbi...

wordpress.com
XƏBƏRLƏR
Qısa URL
30 0 0

Ekspert: Rəsmi Moskva ABŞ-ın Baltikyanı ölkələrdəki fəaliyyətinə cavab olaraq, işğal etdiyi Krım yarımadasına “İsgəndər” raketləri yerləşdirəcək.

BAKI, 16 iyun – Sputnik. Amerika Birləşmiş Ştatları, Rusiyadan gələ biləcək təhlükələrə qarşı Şərqi Avropa və Baltik ölkələrinə əsgər və ağır silahlar göndərməyə hazırlaşır.

Sputnik New York Times qəzetinə istinadən xəbər verir ki, Pentaqon təxminən 5 min əsgərini ağır silahlarla birlikdə NATO-nun şərqi avropdakı bölgələrinə göndərəcək. Ordu qüvvələrinin əsasən Latviya, Litva və Estoniyada yerləşdiriləcəyi bildirilir. 

Pentaqon tərəfindən hazırlanan layihənin təsdiqlənməsi üçün Konqresə təqdim edilməsi gözlənilir.

Əgər layihə həyata keçsə, ABŞ, “soyuq müharibə” dövründən sonra ilk dəfə Rusiya sərhədindəki hərbi varlığını bu səviyyəyə çatdırmış olacaq.

Yaranmış böhrana siyasi ekspertlər Fərhad Mehdiyev və Elxan Şahinoğlu münasibət bildirib. 

Politoloq Fərhad Mehdiyev Vaşinqtonun atmaq istədiyi addımların sadəcə müdafiə xarakteri daşıdığını qeyd edib. O, bugün yaşanan böhrana Rusiyanın Ukraynadakı işğalçılıq siyasətinin səbəb olduğunu bildirib.

Politoloq Fərhad Mehdiyev
Politoloq Fərhad Mehdiyev

“ABŞ Rusiyadan gələ biləcək hər hansı təhlükəyə qarşı Baltikyanı ölkələri qorumaq üçün müəyyən addımlar atmağa hazırlaşır. Və bunda qərarlı görünür. Rusiya isə öz səhvini bildiyi üçün Vaşinqtonun addımlarına cavab verməyi düşünmür. İstənilən halda bu iki super gücün qarşılıqlı fəaliyyətləri geniş müharibə ilə nəticələnməyəcək” deyə Fərhad Mehdiyev əlavə edib. 

Siyasi ekspert Elxan Şahinoğlu da hazırki vəziyyətin “soyuq müharibə” dövrünü xatırlatdığını deyib. 

“Əslində bugün yaşananlar Ukraynadakı qarşıdurmaların nəticəsidir. Və mənə soyuq müharibə dövrünü xatırladır. Krımın işğal edilməsindən sonra ABŞ Rusiya münasibətləri daha da gərginləşib. Artıq Amerika Birləşmiş Ştatlarının Baltikyanı ölkələrdə hərbi baza qurmaq planları var” 

Politoloq Rusiyanın buna necə cavab verəcəyini isə belə izah edib.

“Zənn edirəm ki, rəsmi Moskva ABŞ-ın Baltikyanı ölkələrdəki fəaliyyətinə cavab olaraq, işğal etdiyi Krım yarımadasına “İsgəndər” raketləri yerləşdirəcək. Bu isə Avropa qitəsi üçün ən böyük təhlükədir. Ancaq zənn etmirəm ki, böhran nüvə müharibəsi ilə nəticələnsin.” 

Əsas mövzular