03:49 04 Dekabr 2016
Canlı yayım
Əl-Qaidənin Yəmən qolu

"Əl-Qaidə" lideri öldürüldü

the-levant.com
XƏBƏRLƏR
Qısa URL
3 0 0

Əl-Vəhşinin ABŞ-ın pilotsiz təyyarəsinin aviazərbəsi nəticəsində öldürüldüyü istisna edilmir

BAKI, 16 iyun — Sputnik. "Əl-Qaidə" terror təşkilatının lideri Naser əl-Vəhşi Ərəbistan yarımadasında öldürülüb.

Sputnik xəbər verir ki,  RİA Novostinin CNN-ə istinadən yaydığı məlumata görə, əl-Qaidənin Ərəbistan yarımadasındakı bazası Yəməndə yerləşir. Telekanal Əl-Vəhşinin ABŞ-ın pilotsiz təyyarəsinin aviazərbəsi nəticəsində öldürüldüyünü ehtimal edir. ABŞ kəşfiyyatının nümayəndələrinin verdiyi məlumata görə, hazırda əl-Vəhşinin aradan götürülməsi xəbəri dəqiqləşdirilir.

Hazırda Yəməndə prezident Əbd Rəbb Mansur Hadi ilə eks-prezident Əli Abdulla Salehə loyal olan əsgərlərin bir hissəsinin dəstəklədiyi  "Ənsər Allah" şiə hərəkatının üsyançı-husi dəstələri arasında hərbi münaqişə davam edir. 

Əl-Qaidənin Ərəbistan yarımadasındakı radikalları bu münaqişədə fəal iştirak edirlər və ölkənin cənubunda döyüşürlər. 


Əsas mövzular