23:46 06 Dekabr 2016
Canlı yayım
Bakı-2015 Avropa Oyunları

II Avropa Oyunları Türkiyədə keçirilə bilər

baku2015.com
XƏBƏRLƏR
Qısa URL
14710

Türkiyə Milli Olimpiya Komitəsinin sədr müavini Hasan Arat: Bizim bunu etmək üçün hər cür şəraitimiz var, amma son qərarı siyasətçilər verəcək.

BAKI, 16 iyun — Sputnik. Avropa Olimpiya Komitəsinin İcra Komitəsinin üzvü, Türkiyə Milli Olimpiya Komitəsinin sədr müavini Hasan Arat bəyan edib ki, 2019-cu ildə Türkiyə II Avropa Oyunlarına ev sahibliyi edə bilər.

Sputnik Türkiyə mediasına istinadən xəbər verir ki, Arat Avropa Olimpiya Komitəsinin Türkiyənin bu barədə təklifinə müsbət baxacağına ümidvardır. "İstanbul başda olmaqla Mersin və Antalyada Avropa Oyunlarını keçirmək üçün lazımi şəraitimiz var. Türkiyə istəsə, Avropa oyunlarını daha az maliyyə ilə həyata keçirə bilər. Hər halda son qərarı siyasətçilər verəcək."- deyə Arat bildirib.

Bakıda I Avropa oyunlarının mükəmməl səviyyədə təşkil olunduğunu deyən Hasan Arat bu oyunların illər keçdikcə daha böyük əhəmiyyət daşıyacağına inandığını ifadə edib.

Daha əvvəl Hollandiya 2019-cu ildə keçiriləcək II Avropa Oyunlarına ev sahibliyi etmək istəyini ifadə etsə də, sonra bundan imtina etmişdi.

Teqlər:
Baku2015, II Avropa Oyunları, Avropa oyunları, Avropa olimpiya komitəsi, Türkiyə Milli Olimpiya Komitəsi, Hasan Arat, Türkiyə, Azərbaycan

Əsas mövzular