22:02 02 Dekabr 2016
Canlı yayım
Üzeyir Cəfərov-hərbi ekspert

Polkovnik-leytenantın maşınını soyublar

ANN
XƏBƏRLƏR
Qısa URL
92 0 0

Ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist-ekspert Üzeyir Cəfərovun maşını bir dəfə yandırılıb, bu dəfə isə oğurlanıb

BAKI, 16 iyun – Sputnik. Ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist-ekspert  Üzeyir Cəfərova məxsus avtomobildə oğurluq baş verib. Bu barədə Sputnik-ə məlumatı Üzeyir Cəfərov özü verib. O, bildirib ki, iyunun 14-dən 15-nə keçən gecə yaşadığı Bakı şəhəri Binəqədi rayonu ərazisində kim(lər)sə ona məxsus avtomobili açaraq oğurluq edib. Hərbi ekspert özü səhər evdən çıxarkən gördüyü mənzərədən şoka düşüb. 

O qeyd edib ki, bu artıq onun avtomobili ilə bağlı ikinci cinayət hadisəsidir. Birinci dəfə ona məxsus Vaz-2107 markalı avtomobil qəsdən yandırılıb və o vaxt xoşbəxtlikdən kimsə xəsarət almayıb. O hadisədən bir il keçsə də, hələ də açılmamış cinayətlər sırasında qalır. “Bizim şanlı polislərimiz mənə o vaxt söz versələr də, sonradan bu işi tamam unutdular. Bu dəfə də, mən DİN-nin "102" xidmətinə hadisə haqqında məlumat verdim və Binəqədi RPİ-nin 5-ci Polis bölməsindən yoldaşlar hadisə yerinə baş çəkib lazım olan sənədləşməni apardılar. Hal-hazırda polis kapitanı Elbrus Qədirov bu işlə məşğuldur və inanmaq istərdim ki, tezliklə bu işi həyata keçirənlər tapılacaq və biz onların sifətlərinə baxmaq imkanı əldə edəcəyik.” – deyə Cəfərov bildirib 

Hərbi jurnalist hesab edir ki, üst-üstə baş verən bu hadisələrin təsadüfi olduğuna inanmır: “Görürəm ki, kimlərsə məni sakit həyatımdan, gündəlik jurnalist fəaliyyətimdən yenə çəkindirməyə cəhdlər edir və başımı lazımsız "işlərə" qatmaq istəyir. Buradan o adamlara səslənərək demək istəyirəm ki, məni hətta ölüm belə tutduğum yoldan indiyə kimi çəkindirə bilməyib və bundan sonra da çəkindirə bilməyəcək. Mən Tanrının bəxş etdiyi haqq sözü hər zaman demişəm, yazmışam və bu prinsipimə də ömrümün sonuna kimi sadiq qalacağam.”

Ekspert son vaxtlar Bakıda oxşar hadisələrin tez-tez təkrar olunduğundan da narahatlığını ifadə edib: “Son vaxtlar paytaxtımızda bir qrup manyak gecələr gah Suraxanı, gah Yasamal, indi də Binəqədi rayonları ərazisində vətəndaşların mal-mülkünə ziyan vurur. Bir çox hallarda onların cinayəti nədənsə sonadək araşdırılmır və bu hal daha da geniş yayılır.”

Əsas mövzular