11:54 11 Dekabr 2016
Canlı yayım
Rusiya prezidenti Vladimir Putin

Putin Gürcüstana başsağlığı verib

МИД России
XƏBƏRLƏR
Qısa URL
4 0 0

Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov deyib ki, Gürcüstandakı fəlakət zonasına iki “İl-76” tipli təyyarə və daşqın fəsadlarının aradan qaldırılmasında böyük təcrübəyə malik 130 xilasedici yollanmağa hazırdır.

BAKI, 16 iyun — Sputnik. Rusiya Federasiyasının prezidenti Vladimir Putin Tiflisdəki dağqında yaşanan faciə ilə bağlı Gürcüstana başsağlığı verib. Prezident Sputnik xəbər verir ki, bu məlumatı prezident Putinin mətbuat katibi Dmitri Peskov verib. Kremlin nümayəndəsi başsağlığıni çətin günlər yaşayan Gürcüstan xalqının kədərinə verilən dəstəyin ifadəsi kimi qiymətləndirib. 

Bu arada Rusiya Fövqəladə Hallar Nazirliyi Gürcüstana öz köməkliyini təklif edib. Fövqəladə hallar naziri Vladimir Puçkov 130 rusiyalı xilasedicini fəlakət zonasına dərhal yollanmağa hazır olduğun bildirib.   

Bundan əvvəl Gürcüstan təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında Rusiyanın yardım təklifini nəzərə alacağını bildirmişdi.  

“Mən dünən gürcü həmkarımla əlaqə yaradaraq xilasetmə əməliyyatının aparılmasına dair bütün məsələləri müzakirə etdim. Ona başsağlığı verərək növbəti dəfə Rusiyanın köməyini təklif etdim.” — deyə Puçkov bildirib.  

O, jurnalistlərə deyib ki, Rusiyadan fəlakət zonasına iki “İl-76” tipli təyyarə və daşqın fəsadlarının aradan qaldırılmasında böyük təcrübəyə malik 130 xilasedici yollanmağa hazırdır.

“Biz hələ ki gürcü həmkarlarımızdan cavab gözləyirik.” — deyə Rusiya FHN-nin rəhbəri əlavə edib.

Tiflisdə baş verən daşqınlarda 15 nəfərin ölümü ilə əlaqədar matəm elan edilib. 20-dən çox adam hələ də itkindir. Xilasetmə əməliyyatları davam etdirilir. 

Əsas mövzular