17:40 03 Dekabr 2016
Canlı yayım
Наводнение в Тбилиси

SOCAR Tiflis daşqınından zərərçəkənlərə yardım ayırıb

© Sputnik-georgia.ru
XƏBƏRLƏR
Qısa URL
Tiflisdə fəlakət (4)
33 0 0

Tiflis meriyasına ilk olaraq 10 min litr benzin və 50 min lari verilib.

BAKI, 15 iyun — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyi Tiflisdə baş verən təbii fəlakətin ağır nəticələrinin aradan qaldırılmasına yardım edir.

Sputnik SOCAR şirkətinin baş direktoru Mahir Məmmədova istinadən xəbər verir ki, təbii fəlakətdən xəbər tutan kimi şirkət dərhal qərargah yaradıb və əməkdaşlar daşqın nəticəsində zərər çəkənlərə yardım göstərmək üçün ən çox tələbatın olduğu əşyaları toplamağa başlayıblar. Gürcüstan nümayəndəliyi daşqının nəticələrinin aradan qaldırılması üçün Tiflis meriyasına ilk olaraq 10 min litr benzin və 50 min lari verib.
Hazırda nümayəndəliyin rəhbərliyi əhaliyə başqa necə yardım edə biləcəklərini nəzərdən keçirir.

Mövzu:
Tiflisdə fəlakət (4)

Əsas mövzular