03:49 04 Dekabr 2016
Canlı yayım
Səfir Arif Məmmədov

Diplomatın Aİ-dən geri çağırdığı təsdiqlənib

modern.az
XƏBƏRLƏR
Qısa URL
7 0 0

İƏT-in Səudiyyə Ərəbistanındakı Azərbaycan səfirliyinə məktubunda yazılıb ki, Arif Məmmədov artıq heç bir formada təşkilatı Aİ-də təmsil etmir.

BAKI, 15 iyun — Sputnik. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Arif Məmmədovun təşkilatın Avropa İttifaqı (Aİ) yanında səfiri vəzifəsindən geri çağırıldığı barədə xəbəri Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) təsdiqləyib. 

Sputnik xəbər verir ki, XİN-in mətbuat xidmətinin əməkdaşı Könül Süleymanlı bu barədə İƏT Baş Katibliyinin Azərbaycan XİN-in notasına cavab olaraq Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə məktub ünvanladığını deyib. 

"İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Azərbaycan Xarici İşlər Nazirliyinin Arif Məmmədovun İƏT-in Avropa İttifaqı yanında daimi nümayəndəsi kimi fəaliyyətinin dayandırılması haqqında notasına cavab olaraq bildirir ki, Arif Məmmədov artıq heç bir formada təşkilatı Aİ-də təmsil etmir." — deyə məktubda bildirilir. 

Əsas mövzular