09:59 08 Dekabr 2016
Canlı yayım
İlham Əliyev

İlham Əliyev Gürcüstan prezidentinə başsağlığı verib

© AZƏRTAC.
XƏBƏRLƏR
Qısa URL
27 0 0

Azərbaycan prezidenti Tiflis şəhərində baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib.

BAKI, 14 iyun — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Georgi Marqvelaşviliyə bu gün Tiflisdə baş vermiş təbii fəlakət nəticəsində həyatını itirələrlə bağlı başsağlığı verib.Başsağlığı mətnində deyilir: "Tbilisi şəhərində baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm."

İyunun 13-dən 14-nə keçən gecə Tiflisdə baş vermiş daşqın nəticəsində 10-dan çox adam həyatını itirib, 10-dan artıq adamın da itkin düşdüyü bildirilib.

Təbii fəlakət nəticəsində paytaxt zooparkından heyvanlar qaçıb. 

 

Əsas mövzular