06:14 11 Dekabr 2016
Canlı yayım
Деревня атлетов

"Atletlər kəndi"ndəki qəzanın videosunu yayan polis işdən çıxarılıb

© www.baku2015.com
XƏBƏRLƏR
Qısa URL
86 0 0

Nizami RPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşı videonu telefonuna yükləyərək tanışına göndərib.

BAKI, 14 iyun — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda avstriyalı idmançıların avtobusla vurulması ilə nəticələnən hadisə haqqında növbəti məlumat yayıb.  

Sputnik DİN-in mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, 2015-ci il iyun ayının 11-də I Avropa Oyunlarının Atletlər kəndinin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün nəzərdə tutulmuş səki ilə gedən Avstriyanın yığma komandasının iki üzvünə bədən xəsarətləri yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törətmiş avtobusun sürücüsü barəsində həbs qətimkan tədbiri seçilərək istintaq aparılır.

Lakin həmin gün qeyd edilən yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntü naməlum mənbədən sosial şəbəkələrə və internet portallarına yerləşdirilib. DİN-in aidiyyatı qurumları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində videonun Nizami RPİ-nin Təhlükəsiz Şəhər Xidmətinin bir əməkdaşı tərəfindən telefona köçürməklə tanışlarından birinə göndərməsi, onun da videonu sosial şəbəkədə yerləşdirməsi müəyyən olunub. Ciddi xidməti qəbahətə yol vermiş polis əməkdaşı barədə dərhal müvafiq yoxlama aparılıb və o, daxili işlər orqanlarından xaric edilib.

Xidməti araşdırmalar davam etdirilir.

Bu arada Avstriya Olimpiya Komitəsinin prezidenti Karl Sross yerli "nachrichten.at" saytına açıqlamasında bildirib ki, "Atletlər kəndi"ndəki qəzada ağır xəsarət alan Vanessa Sahinoviçın həyatına heç bir təhlükə yoxdur və növbəti həftənin sonunadək yaralı atletin müalicəsi xəstəxanada davam edəcək. Daha sonra o, müalicəsini evdə davam etdirə bilər. Digər yaralı atlet Verena Breyt də vətəninə yola salınıb. Lakin onun zədəsi o qədər də ciddi deyil.

 

 

Əsas mövzular