06:12 11 Dekabr 2016
Canlı yayım
Qatar-2022

Britaniyalı nazir: İngiltərə - 2022-ni keçirməyə hazırdır

qatartourism.gov.qa
XƏBƏRLƏR
Qısa URL
3 0 0

Böyük Britaniyanın Mədəniyyət, KİV və idman üzrə yeni dövlət katibi Con Uittinqdeyl Nümayəndələr Palatasındakı çıxışında bəyan edib ki, əgər Qətər bu hüquqdan məhrum edilərsə İngiltərə 2022-ci il futbol üzrə dünya çempionatını irməyə hazırdır.

BAKI, 12 iyun — Sputnik. Böyük Britaniyanın Mədəniyyət, KİV və idman üzrə yeni dövlət katibi Con Uittinqdeyl Nümayəndələr Palatasındakı çıxışında bəyan edib ki, əgər Qətər bu hüquqdan məhrum edilərsə İngiltərə 2022-ci il futbol üzrə dünya çempionatını (DÇ) keçirməyə hazırdır. 

Hazırda Avstriyanın baş prokurorluğu 2018 və 2022-ci ildə keçiriləcək dünya çempionatının ev sahiblərinin seçilməsində qanun pozuntusunun olub-olmadığını araşdırır. İngiltərə 2018-ci il turnirini keçirməyə iddia etsə də, Rusiyaya güzəştə gedib. İngiltərə Futbol Assosiasiyasının icraçı direktoru Martin Qlenn  bəyan edib ki, ölkə DÇ — 2018 və DÇ-2022-ni keçirməyə iddia etməyə hazırlaşmır. FIFA auditinin seçkilərdəki hüquq pozuntuları ayırd edilməyib. 

DÇ-2022 Qətərdəki yay vaxtının istilərini nəzərə alaraq tarixdə ilk dəfə olaraq iyun-iyul aylarında deyil, noyabr-dekabr aylarında keçiriləcək. 


Teqlər:
Böyük Britaniya

Əsas mövzular