17:39 03 Dekabr 2016
Canlı yayım
dolu

Sabah dolu yağacaq

mediakuzbass.ru
XƏBƏRLƏR
Qısa URL
14 0 0

Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxması və yağış yağması gözlənilir.

BAKI, 12 iyun — Sputnik. Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxması və yağış yağması gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Sputnik-ə verilən məlumata görə ayrı-ayrı yerlərdə havanın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Bakı və Abşeron yarımadasına gəldikdə isə burada hava  şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq.

Əsas mövzular