17:44 03 Dekabr 2016
Canlı yayım
Güllələmə

Ölüm hökmü tətbiq edilsin, edilməsin

© Flickr/
XƏBƏRLƏR
Qısa URL
24 0 0

Son dövrlərdə Azərbaycanda yenidən Cinayət Məcəlləsində ölüm hökmü ilə bağlı cəza növünün bərpa edilməsi məsələsi gündədəmə gəlib.

BAKI, 12 iyun — Sputnik. Son dövrlərdə Azərbaycanda yenidən Cinayət Məcəlləsində ölüm hökmü ilə bağlı cəza növünün bərpa edilməsi məsələsi gündədəmə gəlib.

Artıq bir sıra millət vəkilləri ölüm hökmü cəzasının bərpa olunmasının tərəfdarı kimi çıxış edirlər. Amma bəzi deputatlar  belə bir addımı məqbul sayamayaraq bunu geriyə addım kimi dəyərləndirirlər.

Məsələ ilə bağlı Sputnik millət vəkillərinin mövqeyini öyrənib.

Millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Sputnik-ə açıqlamasında deyib ki, uşaqlara qarşı cinsi zəmində hər hansı cinayətə yol verən şəxslərə və təkrar ağır cinayət törədənlərə qarşı ölüm hökmü bərpa olunmalıdır.

Millət vəkili deyib ki, qanunvericilkdə uşaqlara qarşı cinsi istismara görə cəza ağırlaşdırlsa da, bu yetərli deyil: “Təkrar olaraq bir daha bildirmək istərdim ki, bu tipli cinayətlərə görə şəxsin cəzasını çəkəndən sonra 3 il müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi kifayət etmir. Ümumiyyətlə, uşaqlara, azyaşlılara qarşı istənilən pozğunluq hərəkətinə yol vermiş və buna görə  məhkum olunmuş şəxs, nəinki 3 il sonra, ümumiyyətlə, heç vaxt, heç bir halda bir daha azyaşlılarla işə buraxılmamalıdır, uşaqlarla iş onlara tamamilə qadağan olunmalıdır". 

Onun fikrincə, pedofiliya ağır cinayətdir, böyüklərin vəzifəsi isə uşaqların fiziki və psixi təhlükəsizliyini hər vasitə ilə qorumaqdır: “Təcrübə göstərir ki, uşaqlara qarşı cinsi zəmində hər hansı cinayətə yol verən şəxslər, hətta, cəzalarını çəkmiş olsalar belə, illər sonra fürsət tapanda yenə o cinayətləri təkrarlayırlar.

Tibb elmi bunu birmənalı şəkildə təsdiqləyib. Bu kimi şəxslər uşaqlarla işə yenidən buraxıldıqda, bəzən daha ağır cinayət törədirlər. Həmin şəxslər cinayətlərinin izini itirmək üçün hətta uşağı öldürə bilərlər. Bu günlərdə Pirallahı rayonunda baş vermiş hadisə — 5 yaşında uşağın zorlanaraq öldürülməsi hamımıza çox ciddi xəbərdarlıqdır.

Uşaqlarımızı bu tipli vəhşilərdən qorumalıyıq. Rusiyada, məsələn, bu problem bir neçə ildir ki gərgin müzakirə olunur. Cəmiyyət ciddi-cəhdlə pedofillərə ömürlük cəza verilməsini tələb edir".

Millət vəkili Fəzail Ağamalı da ölüm hökmünün bərpa olunmasına tərəfdardır: “Çünki son illərdə  Azərbayacanda  zorakılıq hallarının artması müşahidə olunur. Ölüm hökmünün bərpası qəsdən adam öldürmənin, zorakılıq hallarınn qarşısının alınmasında mühüm rol oynayar. Dünyanın bir çox ölkələrində, xüsusən də özlərini demokratiyanın beşiyi hesab edən ölkələrdə belə ölüm hökmü var. Bir zaman  Azərbaycanda demokratiyanın, humanizm, insanpərvərlik, insan haqları kimi məsələlərin fonunda bu da  gündəmə gətirildi və  müzakirələri yekunu kimi ölüm hökmü ləğv edildi. Təbii ki, ulu öndər Heydər Əliyev çox böyük humanist addım ataraq ölüm hökmünü ləğv etdi. Lakin bu gün görünən odur ki, Azərbaycanda  qəsdən adam öldürmə halları var və belə halların qarşısını almaq üçün daha sərt tədbirlər görülməlidir.”

Millət vəkili Fəzail İbrahimli isə hesab edir ki, belə cəza törədən şəxslərə ölüm hökmü vermək  yüngül cəzadır: “Hesab edirəm ki, pedofilya xarakterli cinayətlərər görə edam cəzasının, ömürlük cəza tətbiq edilməlidir. Ömürlük həbs cəzası da xüsusi rejimdə və ağır olmalıdır. Digərləri də bundan nəticə çıxarmalıdırlar. Daha onlara həbsxanalarda ağ yataq verilməməlidir.”

Onun sözlərinə görə, bəziləri ölüm hökmünün bərpasını geriyə addım hesab edirlər: “Ancaq biz artıq belə əhəmiyyət verməməliyik. Ölüm hökmü olmasa da, bu cəza növünə görə ömürlük həbs cəzası tətbiq edilməlidir. Çünki zorlama faktına görə cianyətkara maksimum 5-8  ilə cəza verilir və bir müddətdən sonra cəzası tam başa çatmamış azadlığa çıxırlar. Digər tərəfdən hər xalqın öz mental xarakteri var və cəza da bu mental xarakterə uyğun olmalıdır. Ümumiyyətlə Qərbdə uşaqlara qarşı zorakılıq yüngül cəza hesab oluna bilər, amma bizdə yox. Bu gün Avropada itin, heyvanın hüququ insan və ya uşağın hüququndan daha üstündür. Odur ki, biz Avropa Şurasının qərarına fikir vermədən öz yolumuzla getməliyik və ən azı ömürlük həbs cəzası tətbiq olunmalıdır. O zaman Avropa Şurası da bir söz deyə bilməyəcək.”

Ölüm höğkmünün bərpasının təşəbbüskarlarında olan millət vəkili Fazil Mustafa hesab edir ki, bunun tətəbiq dairəsi məhdud olmalıdır: “Belə ki, bu cəza növü azyaşlı iuşaqlara qarşı zorakılıq və cinsi zorlamaya görə, bir də hamilə qadınalara qarşı cəza  ilə bağlı olmalıdır.”

Millət vəkili Çingiz Qənizadə isə ölüm hökmünün bərpasının mümkünsüzlüyünü bəyan edərək bildirib ki, bu geriyə doğru addəmdır: “Azərbaycanda ölüm hökmünün bərpa olunması mümkün deyil. Əgər hökmü bərpa olunarsa, Azərbaycan Avropa Şurasında üzvlükdən imtina etməlidir. Buna görə də Azərbaycanda ölüm hökmünün bərpa olunması mümkün deyil. Biz Avropaya inteqrasiyada maraqlıyıq. Hesab edirəm ki, hazırkı vəziyyətdə ölüm hökmünün bərpası olmayacaq.”

Millət vəkili onu da əlavə etdi ki, bu hələ zamanında ulu öndər Heydər Əliyev  bu cəza növünün tətəbiqinə moratorium qoydu: “2000-ci ildə isə bu məsələ Azərbaycan  qanunvericiliyindən çıxarıldı. İndi isə  geriyə addım atmaq olmaz  və real görünmür.

Əsas mövzular