23:19 09 Dekabr 2016
Canlı yayım
Fəzail Ağamalı

Deputat bıçaq gəzdirməyə görə cəzanın sərtləşdirilməsini təklif edir

axtar.az
XƏBƏRLƏR
Qısa URL
8 0 0

Millət vəkili Fəzail Ağamalı bıçaq gəzdirməyə, alkoqol və narkotik qəbul edib cinayət törədənlərə qarşı cəzanın sərtləşdirilməsini təklif edir.

BAKI, 12 iyun — Sputnik. Millət vəkili bıçaq gəzdirməyə, alkoqol və narkotik qəbul edib cinayət törədənlərə qarşı cəzanın sərtləşdirilməsini təklif edir.

Belə bir təkliflə millət vəkili Fəzail Ağamalı çıxış edib. 

Ağamalı Sputnik-ə açıqlamasında deyib ki, son dövrlərdə bıçaqla xəsarət yetirməklə cinayət törədilməsi halları çoxalıb: “Bir də eşidirsən ki, biri digəri görüşə dəvət edib və aralarında yaranan mübahisə nəticəsində tərəflərdən biri digərini bıçaqlayaraq ona ciddi xəsarət yetirir. Hətta belə mübahisələr nəticəsində insan başı kəsilir. Ona görə də qanunvericiliyə dəyişiklik edilərək bıçaq daşımaya görə cinayət məsuliyyəti məsələsi məcəllədə öz əksini tapmalıdır. Belə bir praktika keçmişdə olub.”

Ağamalı eyni zamanda alkoqol və narkotik aludəçiliyi və bu zaman törədilən cinayətlər görə cəzanın da sərtləşdirilməsini təklif edir: “Bir şəxs cinayət törədir və səhəri gün gəlib adamdan üzr istəyir ki, bağışla  içkili olmuşam və yaxud narkotik qəbul etmişəm və özümdən xəbərim olmayıb. Axı bu necə ola bilər?!  Bu nə deməkdir?!  Nə vaxtdan alkoqol və ya narkotik qəbul edən çxəslərin cəzası bağışlanır? Cinayət cinayətdir. Odur ki, hesab edirəm ki, bu növ cinayətlərə görə cəzalar da sərtləşdirməlidir.”

Millət vəkili deyib ki, insanlarımızın sağlamlığını, təhlükəsizliyini qorumaq üçün qanunlar sərtləşdirilməlidir: “Cəzaların sərtləşdirlməsi cinayətin azalmasının qarşısını almaqda böyük rol oynayır”.

Əsas mövzular