10:49 03 Dekabr 2016
Canlı yayım
XƏBƏRLƏR

İran XİN: ABŞ Yaxın Şərqdəki problemləri həll edə bilməz

XƏBƏRLƏR
Qısa URL
12 0 0

İran Xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan Tehranla “altılıq” ölkələrinin nüvə danışıqlarında Yaxın Şərqdəki vəziyyətin müzakirə edildiyi ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu deyib.

BAKI, 12 iyun – Sputnik. İran Xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan Tehranla “altılıq” ölkələrinin nüvə danışıqlarında Yaxın Şərqdəki vəziyyətin müzakirə edildiyi ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu deyib. 

Sputnik mehrnews.com-a istinadən xəbər verir ki, Abdullahiyan İranın, Bəsrə körfəzi ölkələri də daxil olmaqla, regiondakı bütün qonşu dövlətləri ilə münasibət qurmaq istədiyini bəyan edib. O, Yaxın Şərqdəki qarışıqlığın və böhranın həllində Tehran hökumətinin açar rolunu oynadığını bildirib. 

Bundan başqa, Abdullahiyan, Səudiyyə Ərəbistanın başçılığı ilə Yəmənə qarşı başladılan hava hücumunu qınadıqlarını ifadə edib. O, hərbi əməliyyatın, bölgədə radikalizmi, terroru və məzhəbçiliyi daha da artıracağını iddia edib.

Nazir müavini, İran-ABŞ müzakirələrinin sadəcə nüvə danışıqlarından ibarət olduğunu, Yaxın Şərqdəki problemlərlə bağlı bu ölkə ilə münasibət qurmadıqlarını deyib. Abdullahiyan, Amerika Birləşmiş Ştatlarını Yaxın Şərq üçün yad hesab etdiklərini və bölgədəki problemlərin həllində Ağ Evin rolunu qəbul etmədiklərini söyləyib.


Əsas mövzular