18:40 10 Dekabr 2016
Canlı yayım
Bakı şəhəri

Bakıya avtomibillərin girişi maksimum məhdudlaşdırlıb

© Flickr/
XƏBƏRLƏR
Qısa URL
41 0 0

Bakıda Birinci Avropa Oyunlarının başlanması ilə əlaqədar olaraq paytaxta giriş maksimum məhdudlaşdırılıb.

BAKI, 12 iyun — Sputnik. Bakıda Birinci Avropa Oyunlarının başlanması ilə əlaqədar olaraq paytaxta giriş maksimum məhdudlaşdırılıb. 

Bu barədə Sputnik-in müxbiri hadisə yerindən xəbər verir. 

Şəxsi  minik, yük maşınları şəhər buraxılmır. Bakıya şimal istiqamətindən Bakı-Sumqayıt yolunun 20-ci kilometrində Saray Yol Partul Xidməti postunda bütün şəxsi minik avtomobilləri yol polis əməkdaşları tərəfindən saxlanılır və onların paytaxta hərəkətinə imkan verilmir. Ancaq  şəhər qeydiyyatında olan şəxslərə və paytaxt qeydiyyatında olan maşınların hərəkətinə imkan verilir. Şimal istiqamətdə növbəti post Masazır –Xırdalan şəhəri arasındakı körpünün yanında qurulub və nəqliyyat vasitələri orada yoxlanıldıqdan sonra şəhərə buraxılır.  

Cənub istiqamətində isə Bakı-Qazax yolunun  Qaradağ rayonu Sahil qəsəbəsindəki YPX  postunda avtomibillərin hərəkətinə imkan verilmir. Cənub istiqamətdə növbəti şəhərə buraxılış postu Lökbatan qəsəbəsi yaxınlığındakı “Binə” və “Sədərək” Ticarət Mərkəzlərinin yanında qurulub. Onu da qeyd edək ki, postlarda olarkən çox məhdud sayda minik avtomobillərinin paytaxta buraxılmasının şahidi olmaq olar. Postlarda yol polis əməkdaşları ilə yanaşı post-patrul xidmətinin əməkdaşları da xidmət çəkir. Onlar ola biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının alınması məqsədi ilə postlarda xidmətə cəlb olunublar.

Əgər paytaxtın Cənub istiqamətindəki yaşayış məntəqələrindən gələn marşurutlar Səbayel rayonunda “20-ci sahə” deyilən əraziyədək buraxılırdısa, bu gündən marşurutlar Bayıl istiqamətinə deyil,  paytaxtın şimal hissəindəki Bakı Beynəlxalq avtovağzalına yönəldilir. Şimal istiqamətindən gələn avtobuslar da Bakı Beynəlxalq Avtovağzalına yönəlidilir. Paytaxta gəlmək istəyənlər avtovağzaldan digər marşurutlarla şəhərə daxil ola bilirlər. Nəqliyyat vasitələrinin paytaxta buraxılmasının məhdudlaşdırılması nəticəsində qurulan postlarda  böyük tıxaclar yaranıb. 


Teqlər:
yük maşınları, minik avtomobilləri, post, məhdudlaşdırma, tıxac, Birinci Avropa Oyunları, Xırdalan, Bakı-Qazax yolu, Səbayel rayonu, Bakı-Sumqayıt yolu, Sahil qəsəbəsi, Qaradağ rayonu, Bakı

Əsas mövzular