17:39 03 Dekabr 2016
Canlı yayım
Məhkəmə çəkici

İranın sabiq prezidentinin oğlu 10 il azadlıqdan məhrum edilib

rian.ru
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Haşəmi rüşvətxorluqda, dövlət vəsaitlərini mənimsəməkdə, dələduzluqda və dövlət təhlükəsizliyini pozmaqda ittiham olunur.

BAKI, 11 iyun — Sputnik. İranın sabiq prezidenti, məşhur siyasi xadim Əkbər Haşəmi Rəfsəncaninin oğlu Mehdi Haşəmi iqtisadi cinayətlər törətməkdə təqsirli bilinib. O, 10 il azadlıqdan məhrum edilib. 

Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, baş prokuror Mohsen Əcəi, Haşəminin rüşvətxorluqda, dövlət vəsaitlərini mənimsəməkdə, dələduzluqda və dövlət təhlükəsizliyini pozmaqda ittiham olunduğunu bildirib.

2012-ci ildə hüquq-mühafizə orqanları onu həbs etmişdilər və dindirmişdilər. Üç aylıq nəzarətdən sonra onu azadlığa buraxsalar da, məhkəmə prosesi başa çatmamışdı. Mehdi Haşəmi ilə bağlı növbəti proses ötən ilin avqustunda dövlət təhlükəsizliyi sahəsində cinayətlərlə məşğul olan İnqilab Məhkəməsində başlayıb və dinləmələr qapalı keçirilib. 

Əsas mövzular